“Həbsxana həyatı dözülməz idi”. “Həbsxana həyatı dözülməz idi”.

“O, iyrənc plan quraraq məni tora saldı” - Azadlığa qovuşan Maral Tahirqızı

“Həbsxana həyatı dözülməz idi”.

Bunu AzNews.az-a açıqlamasında həbsxanadan çıxaraq azadlığa qovuşan müğənni Maral Tahirqızı bildirib. Onun sözlərinə görə, azadlığa oktyabrın 9-da çıxıb:

“Telefonumda problem yarandığına görə azadlığa çıxmağım haqqında kiməsə məlumat verə bilmədim. Artıq evimizdəyəm. Dünyanın ən gözəl neməti olan azadlığıma qovuşdum. Çox sevinirəm. Bundan sonra həyata qaldığım yerdən davam edəcəm. Səhnədə olacam, repertuarıma əl gəzdirəcəm”.

Maral Tahirqızı bildirib ki, bir qadın onu tora salıb:

“Mənə düşmən əli uzadıldı. Burda sənət adamlarının əli olmadı. Esmira adlı bir qadının tamahının ucbatından mən həbsxanada yatdım. Bütün bunlar Esmiranın günahı idi. O, iyrənc plan quraraq məni tora saldı. Həbsdə olduğum müddətdə heç bir sənət adamı qapımı açmadı. Canları sağ olsun, heç kəsdən narazılığım yoxdur. Amma, bilsinlər ki, həbsxana çətin yerdir, xırda cinayətdən ötrü qadının orada yatmasını heç istəmərəm. Ora çətin yerdir. Hər gecə səhnəni, evimi yuxumda görürdüm. Ayılıb ağlayırdım”.

Bahar RÜSTƏMLİ

AzNews.az