Mehriban Xanlarova hədələdi - "Məhkəmədə görüşəcəyik"

Əməkdar artist Mehriban Xanlarova şou-biznes əhlinə xəbərdarlıq edib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, o, bildirib ki, bu gündən etibarən onun barəsində mənfi fikir söyləyən tanınmışlar məhkəməlik olacaq: “Heç bir şou əhli adımı çəkməsin. Bu, onlara sonuncu xəbərdarlığımdır. Bir də mənim adımı çəkmədən barəmdə təhqirlər yazan, sənətim barədə pis fikirlər bildirən tanınmışlar olsa, onlarla məhkəmədə görüşəcəyik. Məhkəmədə görüşmək istəmirlərsə, sakitcə yerlərində otursunlar. Mənim onlarla işim yoxdur. Onların da mənimlə işi olmasın. Mən heç kəsin qapısını döyüb, kimdənsə çörək pulu istəmirəm. O məni yarışda görüb, ələ salana demək istəyirəm ki, nəyimi görmüsən ki, mənə ləçər və yaxud da başqa söz deyirsən? Bəli, mən aktrisayam, özü də mükəmməl və özünə güvənən aktrisa. Şübhəniz varsa, mənə baxmayın. Mən heç kəsi məcbur eləmirəm. Mənim bostanıma daş atmasınlar ki, mən də onların bostanlarına daş atım. Elə bilirlər ki, nəsə desələr susacam. Barəmdə nəsə deyən olsa, məhkəməyə verəcəm. Adama deyərlər, öncə get öz sandığını aç, gör kimsən, daha sonra barəmdə nəsə de”.

Əməkdar artist onu da əlavə edib ki, ona yarışda yalnız pərəstişkarları səs verib: “Mənim arxamda pullu kimsə dayanmayıb ki, ona güvənim. Səsi yalnız mənə pərəstişkarlarım göndərirdi. Mən onlara güvənirdim".