- Köhnə - Şou-biznes
- 25 Oktyabr 2017 21:27
- 7 912
Amerikalı musiqiçi vəfat etdi
Amerikalı rok-n-roll ifaçısı Fets Domino 89 yaşında dünyasını dəyişib.
AzNews.az xəbər verir ki, bu barədə musiqiçinin qızı Amerikanın WWL-TV kanalına məlumat verib. Onun sözlərinə görə, o, ABŞ-da ailəsinin əhatəsində dünyadan köçüb.
Fets Domino 26 fevral 1928-ci ildə Luiziana ştatının Nyu Orlean şəhərində anadan olub. 1987-ci ildə Grammy Lifetime Achievement mükafatına sahib olub.