"Üstümə iki dəfə təcili yardım gəldi" - Mətanət

Əməkdar artist Mətanət İsgəndərlinin səhhətində problem yaranıb.

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "5/5" verilişində deyib.

O bildirib ki, bir neçə gün əvvəl onun üçün bir neçə dəfə təcili yardım çağrılıb:

"Son vaxtlar təzyiqdən əziyyət çəkirəm. Bu yaxınlarda təzyiqim 200-ə qalxdı. İki dəfə təcili yardım gəldi. Həkimə dedim ki, heç vaxt belə olmamışam. Əsəbdən yarandı. Sakitəm, amma içimdə çəkirəm. Qəfildən əsəbi göstərirəm. Əsəbiləşən kimi oturub yeyirəm".