- Köhnə - Şou-biznes
- 26 Mart 2018 21:03
- 16 411
"Vəhşi Mələyin" Martasından mesaj: Cómo estás Azerbaiyán (Video)
Uzun illərdi yaddaşlardan silinməyən “Vəhşi Mələk” serialının üstündən xeyli illər keçsə də, hələ də, bəzi ölkələrdə yayımlanmaqdadır.
Bu serialda əsas qəhramanlardan biri olan Natalia Oreyro öz yaxın rəfiqəsi Valeria Lorka ilə çəkilib. Eyni serialda rol alan və qulluqcu obrazını canlandıran rəfiqələr heç də serialda mehriban deyildilər. Biri mələk biri isə vəhşi idi.. Milaqros və Marta... Sevilən, argentina istehsalı olan serial uzun müddət keçməsinə baxmayaraq ölkəmizdə də hələ də sevilməkdədir. Bu gun isə Marta obrazını canlandıran Valeria Lorca aparıcı Anar İbrahimli vasitəsilə onun suallarını cavablandırıb və özünün şəxsi həyatı barədə açılamalar verib.
"Mən Valeria Lorka. Bir çoxları üçün "Vəhşi Mələyin" Martası. Mənim ailəm həyat yoldaşım Okar, və 13 yaşlı oğlum Lusiodan ibarətdir. Biz, məhz, bu evdə yaşayırıq, bu bitkilər və teatr həyatımızda əsas rol oynayır. Biz ailəmizlə birlikdə bu evdə-teatrda yaşayırıq".
Vəhşi Mələyin sevilən aktrisası bu sənətə necə gəldiyi barədə də məlumat verib. Sən demə onun ulduzluq yolunda addımlarının təməli, 5 yaşından rəqsə getməsi ilə qoyulub.
"Hər şey rəqsdən başladı. 5 yaşımda rəqslə məşğul oldum, klassik rəqslə. Uzun illər rəqslə maraqlanırdım. 24 yaşımda isə təsadüfən teatrda özümü sınamağa qərar verdim. Bir teatr rejjissoru tamaşa üçün gənc bir rəqqasə axtarışında idi.Rol sözlərsiz idi. Və mən öz-özümə dedim ki, bu mənim imkanımdır. Bu Çexovun "Qayağılar" pyesi idi. Bundan başqa müxtəlif personajları oynayırdım. Və beləliklə mən öz karyeramı tetardan başladım".
Sonradan aktrisanın teatrda yaratdığı rəngarəng obrazları televizya ulduzuna çevilmək üçün şans yaradır. İstedadlı aktrisa Natalia Oreyro ilə tanış olaraq, "Vəhşi Mələk" serialında çəkilməyə başlayır.
"Bu teleserial mənim karyeramda həlledici an oldu. Çünki serial çox məşhur idi, çox ölkələr onu aldı. Bizi çoxlu insanlar tanımağa başaldı. Müxtəlif iş təklifləri edildi. Bir çox serialarda çəkildim. Və kinoda işləməyin nə olduğu öyrəndim. Yeri gəlmişkən, mən rejissor kimi də özümü sınamağa başladım. Çünki mənim teatrm var, və fikirləşdim ki, gərək mən özümü bu sahədə də sınayım. Və beləliklə mən iki tamaşa qoydum, və indi mən öz şagirdlərimlə görüşüb yeni tamaşalar hazılayıram.Əslində, mən həyatıma çox minnətdaram, mənim ailəmə, mənim dostlarıma, mənim oğluma".
Valeriya həyatda çox şanslı olduğunu, uğurlarının hər aktyorun payına düşmədiyini deyir. Onun fikrincə bir çox aktyorlar istedadlıdır, lakin çoxunun özünü göstərmək imkanı olmur. Valeriada isə bu baş vermir. Onun istedadı qiymətləndirilir və məhşurlaşmağa başlayır.
"Bu imkanın yaranmasına görə çox minnətdaram. Bu həmçinin insanlarla tanış olmaq imkanı, uzaqda yaşayanlar Bakı, və ya BAkı, bilmirəm, düzgün mü tələffüz edirəm. Əslində, mən çox istərdim bir dəfə ora gedim. Sizin mədəniyyətinizlə tanış olam, orda yaşayan insanları tanıyam. Marqlıdı, onlar necə yaşayır.. Mənim Natalia ilə Polşaya, Yunanıstana və Çexiyaya səyahət etmək imkanım olub. Hər bir ölkənin müxtəlif mədəniyyətləri ilə tanış oldum. Həmçinin, Rusiyaya da getmək və onlarla tanış olmaq istərdim. Sizə böyük öpüş göndərirəm və ümüd edirəm ki, tezliklə görüşəcəyik".
Sonda isə sevilən ulduzumuz Anar İbrahimli vasitəsi ilə öz Azərbaycanlı fanatlarına səsləndi. Salamlarını isə məhz elə öz dilimizdə söylədi....
"Come estas Azerbaijan. Salam, Anar. Salam, Azərbaycan"
Anar İbrahimli
Aznews.az