"Biz onunla evdə Azərbaycan dilində danışırıq. Bunu anam eşitməsin. Biz sirlərimizi Azərbaycan dilində bir-birimizə deyirik". "Biz onunla evdə Azərbaycan dilində danışırıq. Bunu anam eşitməsin. Biz sirlərimizi Azərbaycan dilində bir-birimizə deyirik".

"Biz sirlərimizi bir-birimizə Azərbaycanca deyirik" - Manana həyat yoldaşı barədə

"Biz onunla evdə Azərbaycan dilində danışırıq. Bunu anam eşitməsin. Biz sirlərimizi Azərbaycan dilində bir-birimizə deyirik".

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Manana “Xəzər maqazin”ə açıqlamasında deyib.

Müğənni son vaxtlar sənətdə az-az yeniliklər etməsindən danışıb. O bildirib ki, gündəmə gələ bilməməyinin günahkarı özü deyil:

“Hər şey müğənnidən asılı deyil. Səs rejissoru, aranjimançı deyir, mahnı 1 aya hazır olacaq. Amma bir ay uzanır. Zəng vurub xahiş edirəm ki, gəlin oturun işləyin. Əgər istəsəm də, alınmayacaq. Öz planlarımı bilirəm, başqaları yox. Kiməsə zəng vururam rəqs lazımdır, başlayırlar deyinməyə. Düzgün piar qurulmur. Mənə dəstək olan insanlar yoxdur. Maddi dəstəkçilərim ailəmdəkilərdir”.