Türkiyənin məşhur aktyorları Ahmet Kural ilə Murat Cemcir Bakıya gələcək. Türkiyənin məşhur aktyorları Ahmet Kural ilə Murat Cemcir Bakıya gələcək.

Türkiyəli məşhurlar Bakıya gəlir

Türkiyənin məşhur aktyorları Ahmet Kural ilə Murat Cemcir Bakıya gələcək.

Oxu.Az xəbər verir ki, onlar aprelin 5-i “Park Bulvar”da keçiriləcək “Ailəlikcə şaşkınız” filminin təqdimat mərasiminə qatılacaq.

Sənətçilər bu haqda sosial şəbəkədə məlumat yayıblar.

Ekran işinin baş rol ifaçılarından olan Saadet Işıl Aksoyun gəlib-gəlməyəcəyi isə bəlli deyil.

Saat 19:00-da başlayacaq tədbir üçün biletlər 8 manatdır.

Qeyd edək ki, sözügedən məşhurlar “İşler güçler”və “Kardeş payı” seriallarından tamaşaçılara tanışdır.

AzNews.az