Qafar Novruzlu: “Kosa obrazı uğrunda savaşıram”

"Mən uzun zamandır ki, Azərbaycanın milli bayramı sayılan Novruzun atributlarından olan Kosa obrazı uğrunda savaşıram".

Bunu AzNews.az-a Kosa obrazının ifaçısı Qafar Novruzlu bildirdi. Onun sözlərinə görə, bu obraza, yəni Kosanı yenidən əldə etmək üçün müraciət etmədiyi yer qalmayıb:

"Milli Məclisdən və Prezident Aparatına göndərdiyim müraciətlər araşdırılması üçün Mədəniyyət və Turizm Nazirliyinə ünvanlanıb. Amma onlar mənə heç bir xəbər verməyib. Əksinə, nazirlikdən "Azadlıq radiosu"da çıxış edərək bildiriblər ki, guya onlar mənə cavab verib. Nazirlik mənə Kosa rolu ilə bağlı nə şifahi, nə də yazılı heç bir cavab verməyib. Onlar radioya belə yalan məlumat veriblər ki, giya Kosa ilə Keçəlin ssenraisi dəyişildiyi üçün Qafar Novruzlu bu obrazdan kənarda qalıb. Halbuki heç bir ssenari dəyişikliyindən söhbət belə gedə bilməz. Ötən ilki Kosa vardı ha, prezidentin qarşısında dedi ki, "Cənab president, arzu edirəm bu qış sərt keçməsin" o, da oynayacaq.

Bahar Rüstəmli
AzNews.az