``Hər bir televiziyaçı verilişində belə iş etməyi istəyər``

Martın 21-də “ATV” telekanalında yayımlanan “Ümid var” verilişində Xalq artisləri İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasındakı gərgin anlara aparıcı Zaur Baxşəliyev cavab verib.



Zaur "Ümid var" verilişinin bu günki buraxılışında həmin an canlı yayımda və efir arxasında yaşananlardan danışıb: "Martın 20-də qərar verdik ki, maraqlı bayram efiri hazırlayaq. Novruz bayramında insanlar bütün kin-küdurəti kənara qoyur. Biz də, istədik ki, iki Xalq artistini canlı efirdə barışdıraq. Özüm İlhamə xanımın xəbəri olmadan, bu barışığa nail olmağa çalışdım. Hər bir televiziyaçı verilişində belə iş etməyi istəyər. Bu niyyətlə Nazpəri xanıma zəng vurdum. Sənətinə, böyüklüyünə görə Nazpəri xanıma hörmət edirəm. Dedim ki, sizi efirə dəvət edirəm, gəlin bu barışığı reallaşdıraq. Əvvəlcə çox odlu-alovlu danışdı. İzah etdim ki, çalışacam bu barışıq, söhbətlər xoşniyyətli olsun. Mən dedim ki, efirdə heç bir tərəf deməsin ki, səni bağışlayıram. Həmin sənətçidə razılaşdı ki, bəli, o böyükdür, mən də bunu istəmirəm: "İlhamə xanım desin ki, balam, qızım olan-oldu. Mən avtomobilimdə oturub, gözləyəcəm. Bu sözləri deyəndən sonra qalxacam efirə. Amma başqa söz olsa, soyunub oturacam xarabamda".

Biz razılaşdıq. Efir başladı, İlhamə Quliyeva verilişə qatıldı. Reklam arası mən Nazpəri xanıma yenidən zəng etdim, bu dəfə başqa cür, qıcıqlandırıcı sözlər danışdı: "Gələ bilməyəcəm. Məni sonda efirə qoşarsız". Biz onu efirə qoşduq və həmin sözləri dedi. Nazpəri xanım mətbuatda yayıb ki, əlində səsyazmalar var. Gətirsin o səsyazmaları, burada hər kəsə qulaq asdıracam.

Mətbuatda oxudum ki, qarşı tərəf bunun qurma olduğunu iddia edir. Mənim bu addımımdan İlhamə Quliyevanın xəbəri olmayıb.

Hələ bir gedib başqa yerdə deyib ki, verilişə zəng edib, onları şərəfləndirdim. Buradan Nazpəri xanıma demək istəyirəm ki, həmin gün bizim efirimizdə Azərbaycanın ən dəyərli, şərəfli insanları qonaq olmuşdur. Onların heç birinin sizin şərəfinizə ehtiyacı yoxdur". (axsam.az)


AzNews.az