Xuraman Şuşalı əvvəlki fotolarını “haram” elan etdi

"2010-cu ildə Kərbəla ziyarətində olmuşam. Amma indi hicaba keçməyim bununla əlaqədar deyil". Bunu AzNews.az-a açıqlamasında müğənni Xuraman Şuşalı bildirib.

Müğənninin sözlərinə görə, hicabla bağlı qərarını qəfildən verib: "Sadəcə düşündüm ki, hicaba keçim, Allah hamıya nəsib etsin. Səhnəyə də belə görkəmdə çıxacam".

Xatırladaq ki, müğənni açıqlamasında cahil çağlarında çəkdirdiyi açıq-saçıq şəkillərin saytlardan yığışdırılmasını istəyib və həmin fotoları hər kəsə haram etdiyini vurğulayıb.

Bahar Rüstəmli
AzNews.az