- Köhnə - Şou-biznes
- 12 Avqust 2018 22:00
- 3 764
Daha bir ulduz bu sindromdan əziyyət çəkir - Foto

Bir müddətdir gündəmdən uzaqlaşan Öykü Çelik şəhər gəzintisi zamanı görüntülənib.
AzNews.az-ın məlumatına görə, dostları ilə restoranda oturan aktrisa jurnalistləri görüb onların yanına gəlib.
Son vaxtlar heç bir ekran işində rol almayan Öykü bununla bağlı sualları cavablandırıb. O, “İki il əvvəl qərar verdim ki, bir müddət layihələrdən uzaq qalım. Bütün aktyorlarda tükənmişlik sindromu olur. Mən də artıq dayanım və dincəlim dedim” sözlərini işlədib.
Can Kıraçla 9 aydır sevgili olan Çelik toy olub-olmayacağı ilə bağlı suallara “Evlilik asan deyil. Hələ belə planımız yoxdur” cavabını verib.
Qeyd edək ki, digər türk ulduz aktyor Burak Özçivit də “tükənmişlik sindromu”na tutulduğunu demişdi.