- Köhnə - Şou-biznes
- 14 Avqust 2018 20:50
- 6 351
Xalq artisti Bodrumda ev alıb - Üzü dənizə baxır

Xalq artisti Səməd Səmədov Türkiyədə ev alıb.
Bu barədə AzNews.az-a onun özü məlumat verib. Onun sözlərinə görə, Bodrumda evlər çox ucuzlaşıb:
“Evi 4-5 il bundan əvvəl almışam. Məndən sonra həmkarlarımdan da bir neçəsi buradan ev alıb. Hardasa 30-50 min manatın olsa, Bodrumda evin olar. Evim üzü dənizə baxır. Ailəm bütün yayı burada olub”.
Sənətçi Bakıya avqustun 25-dən sonra gələcəyini bildirib.
Bahar RÜSTƏMLİ
AzNews.az