“Ciddi sənətin davamçıları kölgədə qalıb”

"Opera səhnəsində xalq artistləri var ki, qapıdan çıxır onu heç kəs tanımır. Amma iki dəfə televizora çıxanlar yolda gedə bilmir. Nədi ki, efirdə görünüb. Ciddi sənətin davamçıları kölgədə qalıb".

Bunu AzNews.az-a Cahangir Qurbanov bildirib. Müğənninin fikrincə, o, opera ifaçısı olsa da "Yeni Ulduz" müsabiqəsinin iştirakşısı kimi tanınır: "Opera yox, "Yeni ulduz" Cahangir deyirlər. "Yeni ulduz" mənə böyük dəstək verdi. Operanın solisti olmağımda bu müsabiqənin rolu böyükdür".

Bahar Rüstəmli
AzNews.az