“Özüm gəlinlik paltarı geyinmək istəmədim“

Tanınmış aktrisa Tünzalə Əliyevanın mayın 25-i Gəncə şəhərində qız toyu olub. ANS PRESS-ə açıqlama verən aktrisa xoşbəxt olduğunu deyir:

"Şükür toyumu sağ-salamat elədik. Toy Gəncə şəhərində restoranların birində oldu. Bütün qohum-əqrəbam orda idi. Özüm gəlinlik paltarı geyinmək istəmədim, sadə bir libas tikdirmişdim. İnşallah oğlan toyunda ağ gəlinlik geyinəcəm"

Nişanlısı ilə bağlı suallarımıza isə aktrisanın cavabı belə oldu: "Nişanlım Ağdaşlıdır. Sadə insandır. Onun haqqında çox danışmaq istəmirəm".

AzNews.az