“Nadir, söyüşə görə döyülməyini unutdunmu?”

Müğənni Nadir Qafarzadənin xalq artistləri arasında son günlər yaşanan qalmaqallara münasibət bildirməsi xalq artisti Aygün Kazımovanı özündən çıxarıb.

"Qafqazinfo" xəbər verir ki, xalq artisti özünün instagram səhifəsində Nadir Qafarzadənin "Xalq artistinin əxlaqı yerində deyilsə, sənəti başına dəysin" fikrinə münasibət bildirərək "sənə elə deyəsən buna görə ad vermirlər" atmacasını atıb:

"Nadir Qafarzadə əxlaq mövzusunda məncə danışmasanız yaxşıdır. Afrikada Azərbaycan tamaşaçısını əlinlə göstərib, dilinlə söyüş söyməyini deyəsən yaddan çıxarmısan. Problem deyil, yaddaşını təzələyərəm. O hərəkətinin üstündə döyülməyini unutdunmu?".

Qeyd edək ki, Nadir Qafrzadə bu gün lent.az-a açıqlama verərək bildirmişdi ki, ad alacaq şəxsin yaradıcılığından əlavə, əxlaqı keyfiyyətləri da nəzərə alınmalıdır: "Xalq artisti adını daşıyan bəzi sənətçinin yaradıcılığı zirvədə, əxlaqı yerində deyilsə, onun sənəti başına dəysin. Fəxri ada layiq görülən sənətçi nümunəvi olmalıdır. Mənfi keyfiyyətləri varsa o adama ad verilməməlidir".

AzNews.az