“Onun özəl həyatı mənəm” – Aygün Kazımova

Xalq artisti Aygün Kazımova türkiyəli müğənni Sinan Akçılla dostluğundan söz açıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Pərdə" verilişinə açıqlamasında Sinanın özəl həyatında yalnız onun yer aldığını etiraf edib:

"Sinanın bir özəl həyatı var, o da mənəm. İndi onunla eyni şirkətdə çalışırıq. İstəyirəm bu prodakşında tamam fərqli Aygün olsun.

Sizlərə başqa işlər təqdim edəcəm. Sinanla solo konsertimiz də maraqlı olacaq. Gecənin təşkilatçısı Nahid Emiloğludur. Bir şeyi də etiraf edim: Sinan mənə Bakı haqqında mahnı yazacaq".

Aygün Kazımovanın sözlərini təsdiqləyən S.Akçıl müğənniyə qarşı olan pərəstişkar sevgisinə heyran qalıb:

"Aygün xanım, Azərbaycan xalqı sizi niyə bu qədər sevir? Mən gözlərimlə sizə olan diqqəti gördüm. İnanılmayacaq bir sevgidir".


AzNews.az