Xalq artistlərinin məhkəməsi başladı– Nazpəri hakim qarşısına çıxacaq- Yenilənib

"Bu gün Bakı Apelyasiya Məhkəməsində xalq artisti Nazpəri Dostəliyevanın vəkili vəsatət qaldırdı.
Yunis Vəliyev bildirdi ki, Nazpəri Dostəliyeva şəxsən məhkəmədə iştirak etmək istəyir. Məhkəmə də bu vəsatəti nəzərə alıb, təxirə salındı".

Bunu AzNews.az-a xalq artisti İlhamə Quliyevanın vəkili Şəfiqə Hacıyeva bildirdi. Vəkilin sözlərinə görə, yaxın günlərdə tərəflərin iddiası əsasında baxılacaq məhkəmə prosesinin vaxtı məlum olacaq.


***
11:02
Bu dəqiqələrdə Bakı Apelyasiya Məhkəməsində Xalq artistləri İlhamə Quliyevanın həmkarı Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia ərizəsi əsasında məhkəmə başlayıb.

AzNews.az-a daxil olan məlumata görə, adıgedən sənətkarların heç biri Bakı Apelyasiya Məhkəməsinə gəlməyib. Məhkəmədə hər iki tərəfin vəkili iştirak edir. Qeyd edək ki, İ.Quliyeva N.Dostəliyevaya qarşı açdığı dava ilə bağlı Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalıb. Məhz bu səbəbdən də xalq artisti Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Sənətkar N.Dostəliyevaya qarşı açdığı davada 50 min manat cərimə ilə razılaşmır.

Xatırladaq ki, İ.Quliyeva N.Dostəliyevanın onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vurduğu iddiası ilə məhkəməyə müraciət etmiş, ikincidən maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min manat ödəməsi tələb qoyub.

Bahar Rüstəmli
AzNews.az