Xatirə İslam əməliyyat olunacaq

Müğənni Xatirə İslam plastik əməliyyat etdirəcək.

Sənətçi Axşam.az-ın müxbiri ilə söhbətində burnunu əməliyyat etdirəcəyini deyib:

"Uzun müddətdir bu haqda fikirləşirdim. Artıq qərar verdim ki, burnumu əməliyyat etdirim. Hazırda yaxşı həkim axtarıram. İstəyirəm düzgün seçim edim ki, sonra peşman olmayım. Çox həkimi tərifləyirlər. Amma bəzən yaxşı həkimin əlindən pis iş çıxır. Yaxın günlərdə həkim məsələsini qərarlaşdırıb, əməliyyat masasına uzanacağam".

AzNews.az