“İlqar Mikayıloğlu müğənilləri qalmaqalla gündəmə gətirir”

İlqar Mikayıloğlu ilə prodüsser Təranə Səmədova arasında qalmaqal böyüyür. Qalmaqala səbəb İ.Mikayıloğlunun "Günəbaxan" verilşində müğənnilərlə prodüsseri üz-üzə qoyması olub.

Prodüsser Təranə Səmədova AzNews.az-a açıqlamasında bildirib ki, İ.Mikayıloğlu artıq neçənci dəfədir ki, onu qalmaqalla gündəmə gətirir: "Artıq bu neçənci dəfədir ki, İlqar Mikayıloğlu efirdə mənim qarama danışırdı. Bir dəfə Kərimi dəvət edib 2 saat efiri mənə həsr etdi. 2-3 dəfə də Rəqsanəni dəvət edib söhbəti məndən salmışdı. Neçə vaxt idi ki, göz yumurdum. Keçən həftə də Murad Arif, Xəyyam Nisanov, Tünzalə Ağayeva, Yalçın Cabbarov, bu gün isə Tolik, Namiq qardaş, Rövşən efirdə idilər. Tolik də məndən danışdı. Amma İlqar bir kəlmə də olsun dillənmədi. Demək status işə yarayıb. Biz qılınc müsəlmanıyıq. Başının üstündə qılıncla dayanmasan, dayanmırlar. Mənim müğənnilərə bu qədər əməyim keçib. Sənət qalıb bir yanda, onları qalmaqalla gündəmə gətirir. Sonra da efirdən deyir ki, mədəniyyətimiz axsayır. Nə vaxt müğənnini dəvət edib sənətini tamaşaçıya nümayiş etdirdin ki? Sonra da ya müğənnini qınayır, ya da onun prodüsserini".

Bahar
AzNews.az