“Xatirə İslamın yeni albom hazırlıqları davam edir” “Xatirə İslamın yeni albom hazırlıqları davam edir”

Xatirənin prodüsseri: “Heç vaxt ola bilməz ki...”

“Xatirə İslamın yeni albom hazırlıqları davam edir”


Azərbaycan şou-biznesində istər qalmaqal xəbərləri ilə gündəmdə qalmağı sevən, istərsə də həmin qalmaqallara yalnız qulaq şahidi olan müğənnilərin əksəriyyəti ailə həyatı qurduqdan sonra yaradıcılıq aləmindən kənarda qalır.
Bəs görəsən bu yaxınlarda toyu olan müğənni Xatirə İslamın necə, yeni həyata atılması onun yaradıcılığına təsir edəcəkmi? Suallarımızı cavablandıran müğənninin prodüsseri bildirdi ki, belə bir hal heç vaxt baş verə, heç bir vaxt ola bilməz.
"Xatirə İslam həmişə olduğu kimi sevənləri üçün yeni-yeni mahnılar oxuyacaq. Hətta qeyd edim ki, hazırda müğənninin yeni albomunun hazırlıqları davam edir. Artıq bir neçə mahnı da hazırdır.

Qeyd edək ki, müğənni hazırda həyat yoldaşı ilə birlikdə xaricdə istirahət edir.


Mirvari

AzNews.az