- Köhnə - Şou-biznes
- 11 Dekabr 2013 14:34
- 10 159
Müğənni dayəsini zorlayan qohumundan danışdı- Yenilənib

İranə deyib ki, evində dayə işləmiş A.Xəlilovanın söylədikləri cəfəngiyatdır: "Haqqımda yazılanları bir az olar ki, oxumuşam. O, xanımın dedikləri yalandır. Onun söylədiyi Ceyhun mənim əmim oğlu yox, əmimin nəvəsidir. Zorlamaq söhbəti olmayıb. Sadəcə, mən bilmədən gedib gizlicə onunla görüşüb, uşağı olub. Elə o vaxtdan da yapışıb məndən. İndi məndən istədiyi yəqin ki, puldur".
Qeyd edək ki, İ.İlkinin evində dayə işləmiş A.Xəlilova iddiasında bildirib ki, İranənin razılığı ilə əmisi oğlu Ceyhun Vəliyev ona təcavüz edib. Təcavüzdən sonra hamilə qalan Aygün müğənninin evindən qaçmaq məcburiyyətində qalıb. /Lent.az/
***
14:30
Müğənni İranə İlkinin evində 7 il dayə işləyən Aygün Xəlilova şok iddia qaldırıb.
AzNews.az anspress-ə istinadən xəbər verir ki, şikayətçi bildirib ki, İranənin razılığı ilə əmisi oğlu Ceyhun Vəliyev ona təcavüz edib.
Təcavüzdən sonra, hamilə qalan Aygün müğənninin evindən qaçıb. İndi isə qucağında uşaqla qalan dayə həm İranəyə, həm də onun əmisi oğluna qarşı ciddi ittihamlar irəli sürür.
AzNews.az