Rəqsanə: “Ərimə nəsə almağı düşünmürəm”

Ötən gün Bakıya gələn müğənni Rəqsanə İsmayılova dekabrın 30-na kimi paytaxtda qalacaq.

Bu haqda Axşam.az saytına sənətçi özü məlumat verib.

O, Yeni ili Moskvada, ailəsi ilə birlikdə keçirəcəyini bildirib:

"Bir neçə gün Bakıda qalacağam. Bəzi işlərimi yoluna qoymalıyam. Yeni ildən layihələrimin reklamına başlayacağam. Burada müğənnilərə hədiyyə etdiyim mahnılarımla məşğul olacağam. Daha sonra Moskvaya qayıdıb bayram gecəsi bir restoranda çıxış edəcəyəm. Ondan sonra üç-dörd gün ailəmlə dincələcəyəm. Övladlarıma Yeni il hədiyyəsi almışam. Yağmur üçün istədiyi oyuncaqları gətirmişəm. Aysuna isə çox istədiyi bir əşyanı aldım. Həyat yoldaşıma nəsə almağı düşünmürəm. Çünki o, hədiyyələri sevmir. Həmişə deyir ki, qadın kişiyə hədiyyə bağışlamaz. Ona nəsə alanda əsəbiləşir. Amma mənə özəl hədiyyə alacağını bilirəm".

AzNews.az