Səməd Səmədov gənclərlə fotosessiyaya hazırlaşır


Xalq artisti Səməd Səmədov bir müddət əvvəl anlaşılmazlığa görə yolunu ayırdığı "Qismət" vokal qrupu ilə yenidən birgə layihələrə imza atacaq.

AzNews.az xəbər verir ki, S.Səmədov və "Qismət" vokal qrupu barışar-barışmaz yeni mahnılar hazırlayıblar.

Belə ki, Bəhram Nəsibovun retro mahnısı olan "Nazlı yarım"ı yeni oranjemanda ifa ediblər. Qrupun üzvləri isə 8 Mart Qadınlar günü münasibətilə yeni disk üzərində işləyir.

Digər bir disk isə Səməd Səmədovla bərabər ərsəyə gələcək. "Nazli yarım"a klip də çəkilməsi planlaşdırılır. Hazırda Xalq artisti qrup üzvləri ilə birgə yeni geyimlərini sifariş edib və fotosessiyaya hazırlaşır.

Xatırladaq ki, Səməd Səmədovla 3 gənc arasında yaranan anlaşılmazlıqlar bir müddət əvvəl onların yolunun ayrılmasına səbəb olmuşdu. Hər zaman gəncləri dəstəkləməsi ilə nümunə olan müğənni "Yolları açıq olsun" deməklə "Qismət" vokal qrupuna hallıq da vermişdi.

Lakin az keçmədən gənclər "Biz barışdıq. Öz kiçikliyimizi, Səməd müəllim də böyüklüyünü göstərdi" deyərək barışdıqlarını mətbuata elan etdilər.

Bahar Rüstəmli
AzNews.az