“Onun ixtiyarı yoxdur, sözümdən çıxsın” – İlhamə

Xalq artisti İlhamə Quliyeva əməkdar artist Cavanşir Məmmədov və müğənni Nadir Qafarzadənin barışmasına münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, müğənni "ATV maqazin" verilişinə açıqlamasında Nadirin onun istəyi ilə C.Məmmədovdan üzr istədiyini qeyd edib:

"Bu gün insanlarda səmimiyyət çatmır. Kimsə səndən nəsə çəkmək üçün süni şəkildə başına-ayağına fırlanır. Amma düşünmürlər ki, İlhamə bu şeylərə aldanmaz. Nadirin "İmperator" Cavanşir Məmmədovdan üzr istəməsi mənim planım idi.

Əgər Nadirin günahı var idisə, niyə də üzr istəməsin ki? Bunu etməliydi, etdi də. Bütün bu işləri mən düzüb-qoşmuşdum. O da sağ olsun, buna əməl etdi. Nadirin ixtiyarı yoxdur, mənim sözümdən çıxsın. Onun çox təmiz ürəyi var, Nadiri çox istəyirəm".

AzNews.az