Məleykə Əsədova: “Boşanmaların səbəbkarı kişilərdir”

Xalq artisti Məleykə Əsədova cütlüklərin boşanmasında kişiləri günahlandırır.

Axşam.az-ın məlumatına görə, "Space" telekanalında yayımlanan "Günaydın" verilişinə qonaq olan aktrisa hər qadının kişiyə ehtiyacı olduğunu bildirib:

"Son ildə boşanmaların sayı 11 mini keçib. Bunun səbəbkarı kişilərdir. Mən öz ailəmin həm kişisiyəm, həm də qadını. Bütün yük mənim üstümə düşür. Kişinin ailədə varlığı əsasdır. Onun borcudur, ailəsini çox istəsin, diqqət göstərsin, övladına fikir versin. Ailə cəmiyyətin kiçik məfhumudur. Hər bir qadının kişiyə ehtiyacı var. Amma əsl kişiyə. Biz 10-12 il əvvəl atamızdan sərtlik görmüşük. Onun səsi gələndə özümüzü yığışdırırdıq".

AzNews.az