Xalq artisti prodüserini müdafiə etmədi: “Bu, mənim fikrim deyil”

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva prodüseri Mikayıl Hüseynovun "Facebook" səhifəsində yazdığı statusa münasibət bildirib.
Xalq artisti AzNews.az-a açıqlamasında bildirib ki, M. Hüseynovun statusda yazılanlar onun fikri deyil: "Düzdür, bütün jurnalistlərdən, media qurumlarından razı olduğumu desəm, yalan olar. Amma orda yazılanlar mənim fikrim deyil. Bu xəbəri sizdən eşidirəm. İndi araşdıracağam".

Qeyd edək ki, M.Hüseynov statusunda bəzi sayt baş redaktorlarını qınayaraq "Elə bil Nazpəri Dostəliyevanın daşı bəzi sayt rəhbərlərinin başına düşüb. Çətin çıxarsınız o daşın altından...Murdarsız..." yazıb.

İntiqam Valehoğlu
AzNews.az