ANS teleaparıcı ilə bağlı qərarı yaxın günlərdə verəcək ANS teleaparıcı ilə bağlı qərarı yaxın günlərdə verəcək

Ulvira ANS-dən qovulub?

ANS teleaparıcı ilə bağlı qərarı yaxın günlərdə verəcək



"İkinci həyat" verilişin dayandırılması, aparıcısı Ulviranın isə ANS-dən uzaqlaşdırılması barədə söz-söhbət səngimir. Yayılan məlumata görə, Ulvira, proqramdan uzaqlaşdırılsa da, başqa layihələrdə iştirak edəcək. Ancaq bu gün əldə etdiyimiz məlumata görə, bundan sonra Ulviranın ANS-də hər-hansı bir layihədə çalışması mümkün deyil.

Çünki o, tele şirkətdən qovulub. Məsələylə bağlı əməkdaşımız ANS-in ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədovla əlaqə saxlayıb. O, Ulvira ilə bağlı hələ tam qərar verilmədiyini söyləyib: "Məsələ ilə bağlı hələ araşdırılma aparılır. Ulvira hələ ANS-dədir. Onu ANS-dən heç kim qovmayıb. Ona görə ki, biz bu işi araşdırırıq. Sadəcə olaraq, hələlik efirdən kənarlaşdırmışıq, vəssalam."

Elza
AzNews.az