Bir ayağı olmayan müğənni Viktoriya Modesta musiqi klipi təqdim edib. Bir ayağı olmayan müğənni Viktoriya Modesta musiqi klipi təqdim edib.

Protezli müğənni “Facebook”da rekord qırır - VİDEO

Bir ayağı olmayan müğənni Viktoriya Modesta musiqi klipi təqdim edib.



AzNews.az xəbər verir ki, klip "Facebook"da bütün rekordları sındırır. Unikal video istirahət günlərində "Facebook" sosial şəbəkəsində 7,5 milyondan çox baxış toplayıb.

Klipin unikallığı təkcə onun qeyri-adi quruluşunda və heyranedici süjetində deyil, həm də müğənninin fəal hərəkət edən və rəqs edən protezindədir.

Qeyd edək ki, müğənni Viktoriya Modesta 1988-ci il fevralın 28-də Latviyada anadan olub. Doğuş zamanı qızın sol ayağı zədələnib və bu ayaq amputasiya edilib. Gənc yaşlarından musiqi və vokalla məşğul olan müğənni 1999-cu ildə valideynləri ilə birlikdə Londona köçüb. Məhz burada Viktoriya model və müğənni karyerasına başlayıb.



Aydan Axundova
AzNews.az