“Müğənni Miri Yusifin yanvarın 10-na təyin edilən solo konsertinin biletləri 20-130 manat arasında dəyişir”. “Müğənni Miri Yusifin yanvarın 10-na təyin edilən solo konsertinin biletləri 20-130 manat arasında dəyişir”.

Miri Yusifin solo konsertinə biletlərin qiyməti açıqlandı

“Müğənni Miri Yusifin yanvarın 10-na təyin edilən solo konsertinin biletləri 20-130 manat arasında dəyişir”.



Bunu AzNews.az-a açıqlamasında Heydər Əliyev Sarayının kassalarından bildiriblər.

Miri Yusifin konserti üçün biletlər ancaq sarayın kassalarından əldə olunur.

Qeyd edək ki, bir necə gün bundan öncə mətbuatda Miri Yusifin qəza keçirib xəstəxanaya düşməsi ilə bağlı məlumatlar yer almışdı. Sonradan həmin görüntülərin musiqisi Miri Yusif, Emin Kərimiyə, sözləri isə Miri Yusifə aid olan "Ehtiyac" klipinin çəkilişlərindən olduğu bildirildi.

Mirbabayev Mir Yusif Mir Heydər oğlu 27 oktyabr 1977-ci ildə Bakı şəhəri 8-ci kilometr qəsəbəsində anadan olub. Musiqi karyerasına 1996-cı ildə "Dəyirman" qrupunun tərkibində başlayıb. Amerikada yaşayarkən – 2005-ci ildə solo karyeraya başlamağa qərar verib. İlk mahnısı "Papa" olub. Daha sonra "Everrock Records" studiyasında "Avara" adlı ilk albomunu yazdırıb.