Muğam ifaçısı Elnarə Abdullayeva Qobustan rayonunda çəkdirdiyi bulaqdan su gəlməməsi xəbərinə aydınlıq gətirib. Muğam ifaçısı Elnarə Abdullayeva Qobustan rayonunda çəkdirdiyi bulaqdan su gəlməməsi xəbərinə aydınlıq gətirib.

“200 min manatı mən verməmişəm…” - Elnarədən bulaq açıqlaması

Muğam ifaçısı Elnarə Abdullayeva Qobustan rayonunda çəkdirdiyi bulaqdan su gəlməməsi xəbərinə aydınlıq gətirib.


Müğənni AzNews.az-a deyib ki, onun sözügedən əraziyə çəkdirdiyi bulağın suyu həmişə axır: "Mən uşağam ki, başqaları kimi ağlıma gələn iş görəm, sonra da dilə-dişə düşəm. Belə şey ola bilməz. Bunu Allah yolunda etdim. Mən normal xarakterli insanam. Etdiyim iş uşaq-muşaq işi deyil. Gedin baxın, görün, necə işlər görülüb və hələ də davam edir. Orada əlavə drenajlar tikiləcək. Mən hər gün ora baş çəkirəm".

E.Abdullayeva Qobustan rayonuna çəkdirdiyi bulağa xərclədiyi 200 min manata da aydınlıq gətirib: "Mən bu bulağa 200 min manatdan çox pul xərcləmişəm. Xərc günü-gündən də artır. Ora maliyyə vəsaitini mən verməmişəm, Allah verib".

Xatırladaq ki, muğam ifaçısı Elnarə Abdullayevanın Qobustan rayonunda çəkdirdiyi 200 min manatlıq bulaqdan su gəlmədiyi haqda informasiyanı "Axşam.az" saytı yayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az