- Köhnə - Şou-biznes
- 16 İyun 2015 15:30
- 4 178
Rəqsanənin verilişi dayandı - Açıqlama
Müğənni Rəqsanə İsmayılovanın ATV-də efirə gedən “Göz önündə” verilişinin yayımı dayanıb.
AzNews.az xəbər verir ki, sənətçi axşam.az-a açıqlamasında bunun səbəbləri haqda danışıb:
"Avropa Oyunlarına görə proqramı saxladıq. Amma çəkilişlərim davam edir. Verilişdə bir çox ailəyə yardım edirik. Sentyabrdan yenidən yayımlanacaq. Bununla yanaşı daha bir veriliş üzərində işləyirəm. O da payızda ATV-də efirə gedəcək".
R.İsmayılova aparıcılığına irad bildirənlərə də cavab verib:
"Peşəkar aparıcı, siyasətçi deyiləm. Mən ifaçıyam, Azərbaycan qadınıyam. Verilişim olmayanda da insanlara kömək əli uzadırdım. Düşündüm ki, bunu başqa proqramlarda etməkdənsə, özüm veriliş açım. Kiməsə kömək etdikcə, özümlə fəxr duyuram. Biz toylara gedirik, pul qazanırıq. İnsanlara kömək etməyi özümə borc bilirəm".