- Köhnə - Şou-biznes
- 25 İyun 2015 12:27
- 12 500
Brilliant Dadaşovadan İlhaməyə cavab: “Məni maraqlandırmır”
Xəbər verildiyi kimi, xalq artistləri İlhamə Quliyeva ilə Brilliant Dadaşova arasında dava düşüb.
Davaya bəstəkar Fikrət Əmirovun "Neyləmişəm" adlı mahnısı səbəb olub. Belə ki, uzun illər İlhamə Quliyevaının repertuarında olan bu mahnını B.Dadaşova da oxumaq istəyib. İlhamə xanım isə buna qadağa qoyub. Bəstəkarın oğlu Cəmil Əmirov mahnının müəllif hüququnun ona aid olduğunu deyib.
Hazırda Avropada istirahətdə olan İlhamə Quliyeva B.Dadaşovanın müdafiəsinə qalxan Cəmil Əmirovu cavabsız buraxmayıb:
"O mahnını Cəmil yox, atası yazıb. Cəmilin də buna hüququ çatmır. Mahnı mənim mülkiyyətimdir. Dünya dağılsa da, verməyəcəyəm. Qoy heç kəsin buynuzu gicikməsin. Heç kim mənimlə mübahisəyə girməsin. Bu, mənim adıma yazılan əsərdi. Oğlu çox yaxşı bilir ki, bu əsərlər mənim səsim üçün bəstələnib. O da özünü yığışdırsın".
Bakıya dönüşündən sonra hər şeyi alt-üst edəcəyini deyən İlhamə xanım B.Dadaşovaya da mesaj verib: "İcazə vermirəm. Brilliant o mahnını efirdə oxusa, onda qarşısında məni görsün".
Xalq artisti Brilliant Dadaşova olayla bağlı AzNews.az-a açıqlama verib.
O deyib ki, bu gün onu maraqlandıran bir mövzu var, o da yaradıcılıq və səhnədir:
"Rauf Abdullayevlə görüşə gedirəm, partituraları aparıram. Böyük bir əsəri ifa edəcəm, onlar məni müşayiət edəcək. Qalan şeylər məni maraqlandırmır".
Qeyd edək ki, İlhamə Quliyevanın Fikrət Əmirovun oğluna cavabı olke.az saytında yer alıb.
Bahar RÜSTƏMLİ
AzNews.az