Xalq artistləri Brilliant Dadaşova ilə Nisə Qasımova arasında qalmaqal yaranıb. Xalq artistləri Brilliant Dadaşova ilə Nisə Qasımova arasında qalmaqal yaranıb.

Xalq şairinin “Yalvarıram”ı müğənnilər arasında qalmaqal yaratdı

Xalq artistləri Brilliant Dadaşova ilə Nisə Qasımova arasında qalmaqal yaranıb.


AzNews.az xəbər verir ki, tərəflər arasında narazılığa səbəb sözləri xalq şairi Sabir Rüstəmxanlıya aid olan "Yalvarıram" adlı mahnıdır.

Belə ki, televiziyaların birində gedən müsabiqə iştirakçılarından biri sözü gedən mahnını efirdə oxuyarkən onu B.Dadaşovanın repertuarı kimi təqdim edib. Mahnının ilk ifaçısı N.Qasımova isə buna etiraz edib. Bildirib ki, bu mahnını Brilliant Dadaşovanın repertuarı kimi təqdim etmək doğru deyil: "Niyə Brilliant? Bu mahnını ilk dəfə mən ifa etmişəm".

Xalq artisti Brilliant Dadaşova AzNews.az-a açıqlamasında bildirib ki, doğrudan da "Yalvarıram" mahnısını ilk dəfə Xalq artisti Nisə Qasımova ifa edib: "Mən bilmirəm ki, Nisə xanım bununla bağlı nə deyib. Bəli, mən də təsdiq edirəm, mahnının ilk ifaçısı Nisə Qasımovadır".

B.Dadaşova vurğulayıb ki, "Yarvarıram"ı ilk dəfə N.Qasımova oxusa da, sözügedən mahnı onun ifasında yaddaşlarda iz salıb və bu da onun günahı deyil: "Samir Bağırovla mən bu mahnını Sabir Rüstəmxanlının yaradıcılıq gecəsində ifa etdik. Mən orada başqa mahnı oxumaq istəyirdim. Amma mahnının bəstəkarı Gülər xanım məsləhət gördü ki, mən bu mahnını oxuyum. Neyləyim ki, Azərbaycan tamaşaçısı həmin mahnını mənim ifamda sevdi? Mən iddia etmirəm, sadəcə tamaşaçı həmin mahnını mənim ifamda tanıyır. Onun günahını məndə axtarmaq lazım deyil".

Bahar RÜSTƏMLİ
AzNews.az