- Köhnə - Şou-biznes
- 29 Sentyabr 2015 17:07
- 10 331
Zaur Baxşəliyevin verilişi bağlandı

Tanınmış teleaparıcı Zaur Baxşəliyevin Azad Azərbaycan televiziyasında yayımlanan “Öz aramızda” verilişinin yayımı dayandırılıb.
Bu barədə AzNews.az-a televiziyanın Xəbərlər Departamentinin Baş redaktoru Vaqif Aydınoğlu məlumat verib.
O, verilişin bağlanmasının səbəbini də deyib: "Z.Baxşəliyev daha iki yeni layihədə aparıcı olacaq. Buna görə də, bu gündən etibarən "Öz aramızda" verilişinin fəaliyyəti dayandırılıb".
Bahar