Azərbaycanda “iphone”la ilk klip - VİDEO- FOTOSESSİYA

Türk müğənnisi Aşkın Nur Yengi müğənnimizdən geri qalır



Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Ümit Sayınla azərbaycanlı müğənni Zarina Məmmədovanın çoxdandır gözlənilən klip təqdimatı baş tutub.
AzNews.az-ın məlumatına görə, paytaxt restoranlarının birində təşkil olunan təqdimat mərasimində şou-biznes və media nümayəndələri iştirak ediblər.

Zarina Məmmədovanın mətbuat katibi Türkan Məmmədli klip haqqında qısa məlumat verib: "Sözləri və musiqisi Ümid Sayına məxsus olan "Kader utansın" mahnısının klip Türkiyədə çəkilib. Ümid mahnını Zarina ilə birgə ifa edib. Klip olduqca sadədir. Ancaq sadəliyi qədər də fərqlidir".

Ardınca səbəbkarlar jurnalistlərin suallarını cavablandırıblar. Ümid klipin sadə görüntülərdən ibarət olmasına aydınlıq gətirib: "Bunu bilərəkdən bu cür çəkilməsinə qərar vermişik ki, tamaşaçının diqqəti klipdə olmasın, mahnıya yönəlsin. Adətən klipə baxırlar, amma mahnı unudulur. Biz də bunu nəzərə almışıq".

Ü.Sayın mahnının ilk ifaçısı Aşkın Nur Yengiylə bağlı da danışıb: "Aşkın Nur Yengi mahnını 15 il əvvəl oxuyub. O, mahnının sözlərində dəyişiklik edib. Amma Zarina isə mahnının orijinal variantda səsləndirib və deyə bilərəm ki, Aşkın Nur Yengidən də yaxşı oxuyub".

Zarina da kliplə bağlı danışaraq, türk həmkarının fikriylə razılaşıb.

"Kader utansın" mahnısının aranjmanı Gürsel Çelikə məxsusdur. Mahnı Zarinanın Türkiyədə işıq üzü görən "Dəlilik" adlı ilk albomunda yer alıb.

Daha sonra Zarina gecənin sürprizini açıqlayıb. O, Türkiyədə çəkdirdiyi digər "Doğum günü" adlı klipini təqdim edib. Müğənni sözləri Baba Vəziroğluya, musiqisi isə Kamala məxsus olan mahnını tək ifa edib. Klipdə çəkilən oğlan çexiyalı modeldir. Klipin çəkilişlərində ilk dəfə olaraq "I-phon"dan istifadə olunub.

Hər iki klipin rejissoru Kamal Başbuğdur.

Klipin təqdimatından sonra Zarina ilə Ümid Sayın birgə mini-konsert proqramı ilə də çıxış ediblər. Hər iki sənətçi canlı performanslarıyla qonaqların marağına səbəb olublar.



Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description