“Öləndə, üstümdə Azərbaycan musiqisinin səslənməsini istiyərdim” – FOTOSESSİYA

Xəbər verdiyimiz kimi, xanəndə Qoçaq Əsgərov Yunanıstanda keçirilən "Womex" festivalına iştirak edib. Q.Əsgərov səfərini başa vurub və musiqiçi heyətilə Bakıya qayıdıb. Artıq iki gündür xarici mətbuat Azərbaycan musiqisindən və musiqiçilərindən yazır. Təəssüratlarını yerli mətbuatla da bölüşən Q.Əsgərov AzNews.az-a bunları danışıb:

"Womex" yarmarka xarakterli bir festivaldır. Xatırladım ki, münsiflərin seçimi ilə 6-lığa düşən musiqiçilər, festivalın əsas iştirakçısı hesab olunub ki, bunlardan biri mən idim. Oktyabrın 21-də həmin 6-ı ifaçının müəyyən fasilələrlə çıxışı oldu. Minlərlə tamaşaçının izlədiyi konsertə əsasən müxtəlif ölkənin peşəkar musiqiçiləri, ziyalıları toplaşmışdı. Mənim 45 dəqiqəlik çıxışımdan əvvəl BBC-nin aparıcısı Lusi Duran Azərbaycan, onun musiqisi haqqında 15 dəqiqə çıxış etdi. 2 dəfə ölkəmizdə qonaq olan L.Duran təəssüratlarını çatdırdı. Bizim çıxışımızı publika hərarətlə qarşıladı. Konsertdən sonra çoxlu görüşlərimiz oldu və CD-lərimi payladım.

Festivalın keçirildiyi məkanda bayırda, açıq havada müxtəlif ölkələrin musiqiçilərinin konseti keçirilirdi. Biz çıxan zaman pakistanlı musiqiçilər oxuyurdu. Əsas ifaçı Rza Xanın sonradan ölkəsində məşhur biri olduğunu öyrəndim. Əvvəlcə, bunu konsertə hazırlıq zənn edib, qoşuldum onlara. Musiqi deyişməsi oldu. pakistanlılar gördü ki, Azərbaycan musiqiçi və musiqiçiləri ilə tədbirin çoşqusu artdı. Bundan bir neçə gün sonra bizimlə görüşən amerikalı bir bəstəkar Rza Xanla deyişən zaman məni izlədiyini və əməkdaşlıq təklifi ilə mənə yanaşdığını bildirdi. Qismət olsa, birgə yeni layihələr düşünürük".

Q.Əsgərovun sözlərinə görə, onların çıxışı "Womex"-in təsisçisini də maraqlandırıb. Onlara təşəkkür üçün yaxınlaşan təsisçilərdən biri azərbaycanlı ifaçının istedadını əllərindən öpməklə izhar edib. Bu, festivalın bağlanışı günü olub və həmin tədbirə Qoçaq səfərin təşəbbüskarı, YUNESKO-nun eksperti Sənubər Bağırova ilə birgə qatılıb. Tədbirdən sonra İngiltərənin "Sonq line" jurnalı Sənubər xanımdan geniş müsahibə alıb. Yunanıstanlı təmsilçinin musiqiçilərimizə etirafı isə bir başqa olub. Sazla ifasına görə tanınan həmin xanım Qoçağa yaxınlaşaraq, "bilsəm ölürəm, üstümdə Azərbaycan musiqisinin səslənməsini istiyərdim" deməklə, heyətlə əməkdaşlıq arzusunu bildirib.

Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description