Röya Gəncə sakinlərini sevindirəcək – YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bu gün müğənni Röya Ayxan və həmkarları Gəncədə konsert proqramıyla çıxış edəcəklər. AzNews.az-ın məlumatına görə, "Salam, Gəncə" adlı konsert proqramının başlanmasına az vaxt qalıb.

Gəncənin Azadlıq Meydanında keçiriləcək konsert proqramında müğənnilər Samirə və Camal Eminli iştirak edəcəklər.

Onu da qeyd edək ki, əvvəl bir neçə müğənni çıxış edəcək, ardınca 30 dəqiqəlik proqramla səhnədə Röya olacaq.

***

10: 40

Müğənni Röya Ayxan Gəncədə konsert proqramıyla çıxış edəcək. AzNews.az-ın məlumatına görə, oktyabrın 29-da Gəncə İcra Hakimiyyətinin binasının qarşısında təşkil olunacaq konsert proqramında Röya ilə yanaşı, başqa müğənnilərdə iştirak edəcəklər.

Konsert proqramı saat 19:00-da başlayır.

Fuad Mədətov
AzNews.az