Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS-in Milli Televiziya və Radio Teleradio Şurasına (MTRŞ) qarşı iddia üzrə şikayətinə baxılıb. Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS-in Milli Televiziya və Radio Teleradio Şurasına (MTRŞ) qarşı iddia üzrə şikayətinə baxılıb.

MTRŞ-ANS məhkəməsi: “İstəsəydik ANS-in yayımını dayandırardıq”

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS-in Milli Televiziya və Radio Teleradio Şurasına (MTRŞ) qarşı iddia üzrə şikayətinə baxılıb.


Hakim Nurəddin Musatafayevin sədrliyilə keçirilən prosesdə ANS-in nümayəndəsi Sevda Məhərrəmova çıxış edib. O, çıxışında qərarın qəbulunun bir sıra qanun pozuntuları ilə müşayiət olunduğunu deyib: "Burada Mülki Prosessual Məcəllənin tələbləri pozulub. Teleradio şurasının sədri verilişin dayandırılması barədə qərar verib ki, bunun özü də qanun pozuntusudur. Çünki bu cür qərarlar təkbaşına verilə bilməz, kollegial şəkildə qəbul olunmalıdır. Qərarda "Salam Azərbaycan" proqramının konkret hansı pozuntulara görə dayandırıldığı öz əksini tapmayıb. Həmçinin, teleradio şurası iddia edir ki, verilişdə şərəf və ləyaqətin pozulması hallarına yol verilib. Amma konkret kimin şərəf və ləyaqətinin alçaldıldığı göstərilmir".

ANS-in vəkili Muxtar Mustafayev bildirib ki, məhkəmə istənilən halda bu qərarı ləğv etməlidir, çünki qərar qanunsuzdur: "Teleradio Şurasının qərarında kimin şərəf və ləyaqətinin alçaldılması konkret göstərilməyib".

Teleradio Şurasının nümayəndəsi Nemət Cavadov bildirib ki, ANS ilk növbədə "Reklam haqqında" qanunu pozub: "Bu qanunda göstərilib ki, sponsorlar haqqında məlumatlar iki dəqiqəni keçməməlidir. 24 sentyabr 2015-ci ildə "Salam Azərbaycan" verilişində 4 dəqiqə, 25 sentyabrda 3 dəqiqə, 26 sentyabrda 3 dəqiqə, 28 sentyabrda 3 dəqiqə, 30 sentyabrda 4 dəqiqə sponsor reklamı verilib. Bu da qanun pozuntusudur. Eləcə də 5 oktyabr qərarımızdan sonra ANS telekanalı qərəz nümayiş etdirərək, milli geyimlərlə bağlı verilişdə XIX əsr Azərbaycan kişisi ilə Nuşirəvan Məhərrəmlini müqayisə edib. Niyə Mirşahinlə, Vahid Mustafayevlə yox, Nuşirəvan Məhərrəmli ilə müqayisə edirsiniz? Musiqi verilişində Nizami Gəncəvinin şeirinin sözlərini dəyişərək, "Nuşirəvan rep oxuyur bayquşa" kimi ifadələr səsləndirilib. Bu qərəz nə deməkdir? Əslində, biz humanizm nümayiş etdirərək, "Salam Azərbaycan" verilişinin yayımını 10 günlük dayandırdıq. Biz istəsəydik, ümumiyyətlə, ANS-in yayımını dayandıra bilərdik".


Məhkəmədə çarpaz ifadələr, yeni sual-cavab mərhələsinə keçirilib. ANS-nin nümayəndəsi MTRŞ-ın nümayəndəsinə saul verib.

- Milli geyimdə olan şəxsləri Nuşirəvan Məhərrəmli ilə müqayisə eləmək olmaz?

- Olar. Amma elə Mirşahinlə müqayisə edəydiniz də. Elə ona görə də bunu qəbul eləmirik.

Muxtar Mustafayev bildirib ki, ANS-in şikayəti təmin olunmasa, bu işi Avropa Məhkəməsi müstəvinə çıxarmaq niyyətindədirlər.

ANS-nin digər nümayəndəsi Sevda Məhərrəmova çıxış edib: "Nuşirəvan müəllim şərəf və ləyaqətinin pozulduğunu hesab edirsə, özü mülki qaydada məhkəməyə müraciət edə bilərdi".

Lent.az