Serdar Ortaçdan qumar etirafı

Türkiyənin məşhur müğənnisi Serdar Ortaç tamaşaçıları qarşısında etiraf edib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ortaç Antalyada çıxışı zamanı tamaşaçılara etiraf edib ki, o, qumarı buraxa bilmir. "5 il qumardan uzaq durdum ancaq yenə başladım". O, həmçinin "inşallah bu pis vərdişdən qurtulacam" deyərək pərəstişkarlarını ümidləndirib.

Sadiq Musa
AzNews.az