Xəbər verdiyimiz kimi, bu gün Bakının Qaradağ rayonunda “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodunun açılışı olub. Xəbər verdiyimiz kimi, bu gün Bakının Qaradağ rayonunda “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodunun açılışı olub.

Prezident zavod işçilərinin gəliri ilə maraqlandı: “Yaxşı maaş verirsiniz?” (Video)

Xəbər verdiyimiz kimi, bu gün Bakının Qaradağ rayonunda “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodunun açılışı olub.


AzNews.az xəbər verir ki, açılışda Prezident İlham Əliyev də iştirak edib. Dövlət başçısı gips zavodunu işə saldıqdan sonra zavodun kollektivinin üzvləri ilə görüşüb söhbət edib. Prezident "Mətanət-A" şirkətinin rəhbəri Elxan Bəşirovla söhbətində işçilərin maaşlarının miqdarı ilə maraqlanıb. Həmin qısa dialoqu təqdim edirik:

Prezident İlham Əliyev: Maaş da yaxşı verirsiniz?
Elxan Bəşirov: Orta aylıq əmək haqqı 600 manatdır.
Prezident İlham Əliyev: Siz necə, razısınız?
İşçilər: Bəli.

Daha sonra Prezident İlham Əliyev nitq söyləyib. Bildirib ki, Azərbaycan üçün 2016-cı il yaxşı başlayıb: "Bu gözəl şəraitdə işləmək insanlara zövq verir. Təbrik edirəm. Fəaliyyətinizi daha da genişləndirin. Həm şirkət, həm ölkə iqtisadiyyatı, sənaye istehsalı inkişaf etsin, ölkəmiz daha da güclənsin. Şadam ki, 2016-cı ildə də belə gözəl müəssisələr açılır. İli yaxşı başlamışıq. "Mətanət-A" şirkətinin rəhbəri regional konfransda da çıxış etmiş, nailiyyətlər haqqında danışmışdı. Şadam ki, bu şirkət ölkəmizin iqtisadi inkişafına çox yaxşı töhfə verir. Dövlət də sizi dəstəkləyir. İqtisadiyyat Nazirliyinə göstəriş vermişdim ki, bundan sonra da lazımi dəstəyi versin. Təki, siz daha da yaxşı işləyəsiniz, insanlar daha da yaxşı maaş alsınlar, xalqımız daha da yaxşı yaşasın. Təbrik edirəm sizi".