“Global Firepower” ekspertləri bu il üçün ən güclü hərbi potensiala malik ölkələrin siyahısını hazırlayıb. “Global Firepower” ekspertləri bu il üçün ən güclü hərbi potensiala malik ölkələrin siyahısını hazırlayıb.

Ən güclü orduya malik ölkələr – Siyahıda Azərbaycan da var

“Global Firepower” ekspertləri bu il üçün ən güclü hərbi potensiala malik ölkələrin siyahısını hazırlayıb.


AzNews.az xəbər verir ki, ABŞ-ın liderlik etdiyi siyahıda ikinci yeri Rusiya, üçüncü yeri isə Çin tutub. Reytinqdə 4-cü yerdə Hindistan, 5-ci yerdə Birləşmiş Krallıq, 6-cı yerdə Fransa, 7-ci yerdə Cənubi Koreya, 8-ci yerdə Almaniya, 9-cu yerdə Yaponiya, 10-cu yerdə isə Türkiyə qərarlaşıb.

"Global Firepower" ekspertləri tərəfindən tərtib olunan siyahıda Azərbaycan 126 ölkə arasında 64-cü yerdə məskunlaşıb.

Ermənistan siyahıda 74-cü yeri tutub.

Qeyd edək ki, reytinqdə ölkələrin nüvə potensialı, habelə hərbi və siyasi liderlik xarakteri nəzərə alınmayıb.

Aydan AXUNDOVA