Fevralın 21-də müxalifətin birgə keçirdiyi “Antiböhran koalisiyası”nın ikinci geniş tədbiri bitsə də, söz-söhbəti davam edir. Fevralın 21-də müxalifətin birgə keçirdiyi “Antiböhran koalisiyası”nın ikinci geniş tədbiri bitsə də, söz-söhbəti davam edir.

Müxalifətin toplantısında “xiyar” qalmaqalı: “Biz xiyarıq?”

Fevralın 21-də müxalifətin birgə keçirdiyi “Antiböhran koalisiyası”nın ikinci geniş tədbiri bitsə də, söz-söhbəti davam edir.


AzNews.az-a daxil olan məlumata görə, həmin tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə Müsavat partiyasının üzvü, "Ağ blok" təmsilçisi Tural Abbaslı arasında mübahisə yaranıb. Belə ki, T.Abbaslı çıxışı zamanı yaz aylarının artıq gəldiyini və bu səbəbdən mitinqlərin keçirilməli olduğunu gündəmə gətirib.

Partiya sədri isə onun bu təklifilə razılaşmadığını bildirəndə T.Abbaslı yerdən "havalar qızır, mitinq keçirək" deyə ona replika atıb. Bu sözdən əsəbiləşən S.Cəlaloğlu üzünü T.Abbaslıya tutaraq "Sən xiyarsan ki, havalar qızanda yetişəsən?" – deyə cavab verib.

"Ağ blok"un təmsilçisi Tural Abbaslı AzNews.az-a açıqlamasında S.Cəlaloğlu ilə arasında yaşanan mübahisədə heç bir təhqir olmadığını deyib: "Nə mən onu təhqir etmişən, nə də o, məni. Sadəcə olaraq o, çıxışı zamanı mənim fikirlərimə qarşı öz əks fikirlərini söyləyəndə mən də replika ilə cavab verdim. Sərdar bəy də mənim replikama "Biz xiyarıqmı ki, havalar qızışanda yetişək?" deyə cavab verdi".

T.Abbaslı onu da əlavə edib ki, nə o, təhqirə susa biləcək bir siyasətçi, nə də Sərdar Cəlaloğlu yüzlərlə insanın iştirak etdiyi tədbirdə qeyri-etik fikirlər səsləndirə biləcək insandır.

Qeyd edək ki, "Antiböhran koalisiyası"nda KXCP, AXP, ADP, VİP, AZDP, ALDP, BAP, Azadlıq Partiyası, GAP, AG blok və digər müxalifyönlü təşkilatlar, QHT-lər təmsil olunur.

AzNews.az