Türk nazir Xocalı soyqırımından danışdı

Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımı haqqında danışıb.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Çavuşoğlu soyqırımı törədənləri lənətləyib.

"Soyqırımın 24-cü ildönümü qeyd olunacaq. Biz yenidən Xocalı soyqırımını törədənləri lənətləyirik", - çavuşoğlu bildirib.


Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici Əlaqələr Komisiyasının üzvü Taha Özhan isə Çavuşoğlu ilə görüşündə bildirib ki, fevralın 25-də Xocalıda yüzlərlə azərbaycanlı qətlə yetirilib.

"Minlərlə insan isə əsir düşüb. Ermənistan bu qətliamda iştirak edib. Komissiya olarak biz bu hadisəni lənətləyirik. Biz bir daha bölgəmizdə belə bir hadisənin yaşanmamasını arzu edirik", - deyə Özhan bildirib.

Türkiyə rəsmi olaraq Xocalı soyqırımını tanımasa da Azərbaycana bu məsələdə xüsusi dəstəyi ilə seçilir. Ölkə rəhbərləri çıxışları zamanı bu hadisəni soyqırım adlandırırlar.


Soyqırım 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Həmin gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib.

Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Şəhər əhalisindən 613-ü düşmən gülləsinə tuş gəlib, soyqırımın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Gülləyə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.


Xocalı şəhəri (göy rənglə işarələnib)