ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Vaşinqtonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə iştirak edəcək. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Vaşinqtonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Minsk qrupu Xocalı soyqırımına həsr olunmuş tədbirdə iştirak edəcək

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Vaşinqtonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə iştirak edəcək.


AzNews.az
xəbər verir ki, bu barədə "Report"a C. Uorlik məlumat verib.

"Biz Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən bütün faciələrin qurbanlarını yad etmək istəyirik. Ümid edirik ki, bu gün də artmaqda olan və aralarında dinc sakinlərin üstünlük təşkil etdiyi münaqişə qurbanlarının sayının çox olması prezidentlərin diqqətlərini danışıqlar əsasında nizamlanmaya yönəltməyə kömək edəcək", - deyə o bildirib.

C.Uorlik qeyd edib ki, o, Minsk qrupun həmsədri kimi öz fransalı və rusiyalı həmkarları və münaqişə tərəfləri ilə nizamlanmada irəliləyişin əldə olunması üçün işləməyə hazırdır.

"İndi sülhün əldə olunma vaxtıdır", - deyə o qeyd edib.