“Xalq İctimai Palataya inanmır”

"Xalq inanmadığı üçün İctimai Palatanın keçirdiyi aksiyalarda iştirak etmir". Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

Onun sözlərinə görə, bütün aksiyalar göstərdi ki, İctimai Palata çox zəifdir: "Mən hər zaman demişəm ki, İctimai Palata (İP) yeni doğulmuş uşaqdır. İP-nin ictimaiyyət və xalq arasında nüfuzu yoxdur, xalq bu təşkilata inanmır. Mən Bibiheybətdə aksiyalar üçün ayrılan yerə də baxmışam, o yer aksiyalar üçün çox yaxşı ərazidir. Artıq həmin yerlərə asfalt da çəkilib. "Azneft" meydanından Bibheybətə avtobuslarla getmək isə təxminən 15-20 dəqiqə vaxt aparır. Hətta Bibiheybətə avtobuslar da çox işləyir".

Vasif Həsənli
AzNews.az