Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyə Xocalı şəhidlərini rəhmətlə anır: "Azərbaycan xalqına səbr diləyirik".

Ötən gün isə Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımı haqqında danışarkən hadisəni törədənləri lənətləyib.

"Soyqırımın 24-cü ildönümü qeyd olunacaq. Biz yenidən Xocalı soyqırımını törədənləri lənətləyirik", - Çavuşoğlu bildirib.

Soyqırım 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Həmin gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib.

Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Şəhər əhalisindən 613-ü düşmən gülləsinə tuş gəlib, soyqırımın qurbanı olub.

Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Gülləyə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.