“Siyasətdən gedən insan prezidentliyə namizəd ola bilməz” “Siyasətdən gedən insan prezidentliyə namizəd ola bilməz”

Ayaz Mütəllibov prezident seçkilərinə qatılmayacaq

“Siyasətdən gedən insan prezidentliyə namizəd ola bilməz”



Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) gələn il ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcəklərini elan edib. ASDP-nin həmsədri Araz Əlizadə AzNews.az-a bildirib ki, artıq bu barədə partiyanın qurultayında müvafiq qərar qəbul olunub.

Hazırda ASDP-nin 3 mindən çox üzvünün olduğunu vurğulayan A.Əlizadə deyib ki, gələn il keçiriləcək prezident seçkilərində partiyanın namizədinin adı hələlik məlum deyil. Onun sözlərinə görə, seçkilərdə partiyanın namizədini qurultay müəyyən edir: "Əgər partiyamızın namizədi qeydə alınmasa, partiyamızın üzvləri öz seçimlərində tam azaddır".

"Seçkilərdə ASDP-nin namizədi Ayaz Mütəllibov ola bilər?" sualına isə A.Əlizadə belə cavab verib: "Ayaz müəllim artıq siyasətdən getdiyini bəyan edib. Siyasətdən gedən insan prezidentliyə namizəd ola bilməz".

Vasif Həsənli
AzNews.az