“Lisenziyalara aid vacib qanun layihəsinin az qala Karl Marksın kitabları qədər qalın şəkildə ortaya çıxarılmasını mən müsbət qiymətləndirmirəm. Bu çox yığcam və anlaşıqlı, az vərəqli olmalıdır”. “Lisenziyalara aid vacib qanun layihəsinin az qala Karl Marksın kitabları qədər qalın şəkildə ortaya çıxarılmasını mən müsbət qiymətləndirmirəm. Bu çox yığcam və anlaşıqlı, az vərəqli olmalıdır”.

Milli Məclisdə yeni qanun layihəsi “topa tutuldu”: “Belə də sənəd olar?..”

“Lisenziyalara aid vacib qanun layihəsinin az qala Karl Marksın kitabları qədər qalın şəkildə ortaya çıxarılmasını mən müsbət qiymətləndirmirəm. Bu çox yığcam və anlaşıqlı, az vərəqli olmalıdır”.


Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Əli Məsimli "Lisenziyalar və icazələr haqqında" qanun layihəsinin müzakirələri zamanı deyib. O qeyd edib ki, əks halda Prezident İlham Əliyevin lisenziyalar haqqında verdiyi fərman bu qanundan yaxşı şəkildə işləyəcək.

"Çünki o fərmanda lisenziyalar haqqında bütün müddəalar açıq şəkildə öz əksini tapıb. Əgər bu qanun layihəsinin işləməsini istəyirsinizsə, sənəd nisbətən yığcam, aydın və konkret olmalıdır. Vacib məsələlərdən biri odur ki, bu lisenziyalarda sahibkarı boğan, onun ilkin başlanğıcda bütün fəaliyyətini, perspektivlərini üstündən xətt çəkən böyük məqamlar var.

Bu məqamlar Azərbaycan sahibkarlığının yolunu bağlayan süni maneələrdir. Yaradılan bu kimi süni maneələr istedadlı sahibkarların yoluna böyük bir "şlaqbaum" qoyur. Ya həmin bu proses davam etməli, yəni istedadlı sahibkarlar "yanmalıdır", ya da ki, qeyd etdiyim və hamının başa düşdüyü süni maneələr aradan qaldırılmalıdır".


Deputat Əli Məsimli hesab edir ki, "Lisenziyalar və icazələr haqqında" qanun layihəsinin adında və içərisində istifadə olunan "icazə" sözü elə əslində "lisenziya" sözü ilə eyni mənanı əks etdirir.

Bu gün dünyanın hansı dilində olan iqtisadi lüğətləri açırsansa "lisenziya" sözünün hərfi və digər mənaları əslində elə icazə deməkdir. Bu sənəddə "icazə" sözünü "lisenziya" sözünün yanına qoşmaqla 200 növ lisenziya və 47 növ icazə adı altında əslində hiyləgər bir üsuldan istifadə edildiyini göstərir. Bu lisenziya onsuz da icazədir, bəs icazə özü nə deməkdir? Bu, özü açıq şəkildə bir taftalogiyadır və qəbuledilməzdir".

"Hamı bilməli və başa düşməlidir ki, Azərbaycanı bugünkü ağır vəziyyətdən sahibkardan başqa heç kimin çıxarması mümkün deyil. Sahibkarın qarşısında olan bütün maneələr, vergidən başqa alınan vəsaitlər aradan qaldırılsa, vəziyyət normallaşar. Azərbaycan balaca bir ölkədir və onun xarici borcu valyuta ehtiyatlarından 5-6 dəfə azdır. Belə bir şərait əslində iqtisadi manevr etmək üçün çox yaşı mühitdir. Amma sahibkarların qarşısında yaradılan süni baryerlər aradan qalxmasa, indiki durumun düzəlməsi mümkün deyil. Bütün dünyada baş verən katakilzmlərdən dövlətləri kim çıxarır? Büdcələri kim doldurur? Əlbəttə ki, yalnız sahibkarlar. Onların fəaliyyəti olmasa, inkişaf mümkün deyil", -deyə deputat vurğulayıb.

Deputat Vahid Əhmədov da həmkarı Əli Məsimlinin fikirləri ilə razılaşaraq lisenziya və icazənin eyni mahiyyət daşıdığını deyib.

"Düzdür, icazələrin sayı xeyli azaldılıb və 200-ə endirilib. Ancaq mən bilmək istəyirəm ki, icazələrin sayı nə qədər idi ki, indi 200-ə endirilib? Hesab edirəm ki, bu say da çoxdur və gələcəkdə növbəti bürokratik əngəllərə gətirib çıxaracaq".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İlham Əliyev icazələr məsələsi ilə bağlı həmkarlarının fikirlərini təqdir edib.

"Deputat həmkarlarımın fikirlərini dəstəkləyirəm. Hesab edirəm ki, lisenziyalar varsa, icazələrə nə ehtiyac var?! Ümumiyyətlə, burada 236 lisenziya və icazə var. Bunlar mütləq azaldılmalıdır, icazələr isə ümumən aradan qaldırılmalıdır. Eyni zamanda, deputat həmkarımın dediyi kimi, ölkəni bu vəziyyətdən sahibkarlar, sahibkarlığın inkişafı qurtara bilər. Ancaq sahibkarlar burada qeyd edildiyi kimi, təkcə istedadlı deyil, həm də yaradıcı olmalıdırlar. Yaradıcı deyəndə də, söhbət heç də şairlərdən, bəstəkarlardan, rəssamlardan getmir"- deyə İlham Əliyev qeyd edib.

Deputat Tahir Mirkişili isə qanun layihəsində həm lisenziyaların, həm də icazələrin qalmasının tərəfdarı kimi çıxış edib. O, fikrini belə əsaslandırıb ki, lisenziya müddətsiz olur və fəaliyyət növünə görə verilir, icazələr isə müvəqqəti xarakter daşıyır.

Komitə üzvləri Xanhüseyn Kazımlı, Şəmsəddin Hacıyev də öz növbəsində qanun layihəsindən "icazələr" sözünün çıxarılmasının vacibliyini vurğulayıblar.

Modern.az