Osman Kazımov molla rejimini müdafiə edənləri sərt şəkildə qınadı

"ABŞ və İsrail müharibəni ona görə başlamayıblar ki, yarı yolda dayansınlar. Bu müharibə İran bir dövlət kimi zərərsizləşdirilənədək davam edəcək. İrandakı molla rejimi bəşəriyyət üçün son dərəcə təhlikəlidir. Bütün terror hadisələrinin kökündə bu rejim dayanır. İranın silah arsenalının üzə çıxması onu göstərir ki, əsasən hücum silahlarının istehsalına əhəmmiyyətli üstünlük vermiş bu dövlət ciddi surətdə müharibəyə hazırlaşırmış. Nüvə silahı əldə etdikdən dərhal sonra hədəf etdiyi dövlətlərə hücum nəzərdə tutulubmuş".

Bu barədə tanınmış vəkil Osman Kazımov açıqlama verib. O, deyib:

"Bu gün molla rejimini müdafiə və təblig edənlər İranın bizim dövlətin və xalqın amansız düşməni olmasını unutmamalıdır. Azərbaycana atılacaq raket öldürəcəyi körpənin rəqibinin və ya nökərinin olacagına fərq qoymayacaq.

İllər öncə Bakıda terror törətmək istəyən bir qrupla baglı cinayət işinə çıxmışdım. Əsas iki nəfəri ərəb idi. Mən onlara sual verdim ki, sizin törədəcəyiniz terror aktı nəticəsində tək nəzərdə tutduğunuz insanlar deyil digər insanlar, o cümlədən körpələr də ölə bilərdi. Ərəb cavab verdi ki, onlar allah yolunda şəhid olacaqdılar. Ona növbəti sualı verdim ki, elə ölüm allah yolunda ölümdürsə elə gedib İsrailin özündə döyüşərək ölərdiniz, daha müsəlman ölkəsi olan Azərbaycanda niyə İsrail səfirinə qarşı terror torətmək istəyirsiniz, qırgın törətməyə cəhd edirsiniz. Ərəb dedi ki, İsrail güclü mühafizə olunur. Ora girmək çətindir. Hər ikisi SEPAH-ın terror şəbəkəsinə daxil idi.

Bax belə, SEPAHIN agentura-terror şəbəkəsinə daxil olan bu cinayətkarlar ölkəmizi qana boyamaq istəyirdilər.
Terrorun qarşıslnı almaq üçün xüsusi xidmət orqanlarımızın əməkdaşlar həyatlarını itirə biləcək risqinə qədər fəaliyyət göstərmişdilər".

AzNews.az