İranda 81 000-dən çox mülki infrastruktura ziyan dəyib

ABŞ və İsrailin hücumları nəticəsində İranda 81.000-dən çox mülki infrastruktura ziyan dəyib.

Aznews.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivənd məlumat verib.

Onun sözlərinə görə, tibb və təhsil müəssisələrinə, təcili yardım maşınlarına və humanitar yardım personalına hücum edilib: "Mülki itkilər və dağıntıların miqyası barədə məlumatların toplanması və yoxlanılması hazırda davam edir".